Prezidentdən 34 milyon manatlıq sərəncam | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Prezidentdən 34 milyon manatlıq sərəncam

Prezident İlham Əliyev "Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 34,3 milyon manat ayrılıb.

Prezidentin digər bir sərəncamı ilə, “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb. 

Bunlardan başqa, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 min manat ayrılıb.

marja