İyulun 22-dən 29-na qədər Azərbaycan vasitəsilə Gürcüstana 3 974Rusiya vətəndaşı səfər edib.
Bu barədə TBC Bankın “TBC Research” bölməsinin araşdırmasında bildirilib.
İllik müqayisədə Azərbaycan sərhədindən Gürcüstana daxil olan rusiyalı turistlərin sayı 1,6% artıb.
İyulun dördüncü həftəsində qonşu ölkəyə Rusiyadan, ümumilikdə, 53 682nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azdır. Rusiyalı turistlərin böyük əksəriyyəti - 50 062 nəfəri Gürcüstana quru yolu vasitəsilə yollanıb. Bu göstəricidə 14,8% artım qeydə alınıb.
Report.az