ABŞ-da istehlak qiymətləri proqnozlara uyğun olub | Banco.az

ABŞ-da istehlak qiymətləri proqnozlara uyğun olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak qiymətləri gözləntilərə uyğun olub.

Banco.az xəbər verir ki, ABŞ-da iyul ayı üzrə mühüm inflyasiya göstəricisi açıqlanıb.

Əmək Nazirliyinin məlumatlarına görə, istehlak qiymətləri aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 3,4 faiz artıb.

“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların median proqnozu da inflyasiyanın aylıq 0,1 faiz, illik 3,4 faiz artacağı istiqamətində idi.

İyun ayında inflyasiya aylıq əsasda 2020-ci ildən bəri ilk dəfə azalma göstərmişdi.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiya isə aylıq 0,2 faiz, illik 2,5 faiz artaraq proqnozlara uyğun gəlib. Beləliklə, illik baza inflyasiyası 2021-ci ilin martından bəri ən zəif artım tempini nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram