“BofA” hindli şirkətə 1,9 milyard dollarlıq investisiya yatıracaq | Banco.az

“BofA” hindli şirkətə 1,9 milyard dollarlıq investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BofA” Hindistanın “Jio Credit” şirkətinə 1,9 milyard dollarlıq investisiya yatıracaq.

Banco.az xəbər verir ki, “Bank of America” (BofA) Hindistan mərkəzli “Jio Financial Services” şirkətinin törəmə müəssisəsi olan “Jio Credit”in səhmlərinin 49,9 faizədək hissəsini 182,68 milyard rupi (1,92 milyard dollar) qarşılığında satın alacaq.

Şirkətlərin çərşənbə günü yaydığı birgə açıqlamaya görə, ABŞ bankı səhmlərin və varrantların üstünlük əsasında bölüşdürülməsi yolu ilə “Jio Financial”ın bank olmayan kredit bölməsində birgə müəssisə tərəfdaşı olacaq.

Razılaşma çərçivəsində “BofA” ilkin mərhələdə “Jio Credit”in 26,5 faiz səhmlərinə sahib olacaq. Bankın payı varrantların icra edilməsi ilə 49,9 faizə qədər yüksələ biləcək.

Sövdələşmə Hindistanın maliyyə xidmətləri sektoruna son dövrdə həyata keçirilən iri investisiyalar sırasındadır.

Şirkətlər birgə açıqlamalarında bildiriblər: “Bu investisiya ‘BofA’ya sürətlə böyüyən Hindistan bazarındakı fəaliyyətini genişləndirməyə imkan verəcək. Üstəlik, bu, yerli təcrübəyə malik tərəfdaşla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram