Yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 1,8 faiz artaraq 1 milyon 551,7 min nəfər olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 884,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 667,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,6 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,6 faizi sənaye; 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,8 faizi tikinti; 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artaraq 544,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Vergiler.az