Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2.643,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır. Cari ilin birinci yarısında valyuta satışının 315,9 mln. dolları iyun ayının payına düşüb. Bu isə ötən ilin iyun ayından 28 faiz azdır.
Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində 2.974,5 mln. dollar, iyun ayında isə 439 mln. dollar məbləğində vəsait satılıb.
Vergiler.az