Foreks bazarların dolların aparıcı valyutalara nisbətən qiymətlərinin daha da ucuzlaşa biləcəyi proqnozları üçün güclü əsaslar diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ-Şimali Koreya zirvə toplantısı fonunda verilən açıqlamalarla 0.3% bahalaşsa da iqtisadi-fundamantal təzyiqlər güclü olaraq qalır.
Amerika Mərkəzi Bankının (FED) siyasətində ciddi dönüşlər, dolların daha da ucuzlaşa biləcəyi proqnozları üçün ciddi əsaslar yaradır və bu, tendensiyanı daha da dərinləşdirir.
GBP/USD məzənnəsi də Breksit fonunda yeni müsbət xəbərlərlə 1.33$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 1.36$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Avronun qiymətində də 1.15$-a kimi proqnozlar güclü olaraq qalır.
Enerji birjalarında isə neft qiymətlərində bahalaşma müşahidə edilib. ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəricilərdən sonra Avropanın Brent neftinin bir barel qiyməti 67$-a kimi dəyər qazanıb və yenidən 68$-a kimi dəyər qazana bilər.
InvestAz