Mastercard müştəriləri məyus etdi | Banco.az

Mastercard müştəriləri məyus etdi

Mastercard maliyyə koorporasiyası, cümə axşamı yerləşdirdiyi press-relizdə səhvə yol verib. Səs-küyə səbəb olan elanda (free trial) sınaq müddəti bitdikdən sonra avtomatik olaraq müştərilərin hesabından vəsaitin çıxılmasının qadağan edildiyi qeyd olunub. İlk əvvəl istifadəçilər tərəfindən sevinclə qarşılanan xəbər, daha sonra təsdiqini tapmayıb.

Şirkət daha öncə paylaşdığı press-reliz nümunəsinə düzəliş edərək, qadağanın yalnız fiziki məhsullara aid olduğunu bildirib. The Verge kompyuter saytı məlumatında, Mastercard şirkətinin qoyduğu qadağanın və sistem dəyişiminin Netflix və Play Station Plus platformaları yükləmələrinə aid edilmədiyini qeyd edib.

The Verge açıqlaması; 

Ən sərfəli kredit üçün müraciət et

İnternetdə mütəmadi olaraq,  maraqlı resurslardan müvəqqəti olaraq pulsuz istifadə etmək imkanı ilə qarşılaşırıq. Mobil tətbiqlər, kitablar digər maraqlı məhsulları almazdan əvvəl pulsuz qısa müddət onlardan yararlana bilirik. Sınaq müddəti bitdikdən sonra isə avtomatik olaraq hesabımızdan vəsaitin çıxılmasının şahidi oluruq. Bu da, təbii haldır. 

Mastercard maliyyə koorporasiyası press-relizində siyasətinin dəyişdiyini və sınaq müddəti bitdikdən sonra müştərilərin icazəsini alaraq hesablarından vəsaitin çıxılacağını qeyd edib. Daha sonra məlum olub ki, paylaşılan məlumatda istisnalar var. Düzəliş edilərək, qalmaqallı elan yenidən paylaşılıb.