Vergi sisteminin yaranma tarixi haqda BİLİNMƏYƏN FAKTLAR | Banco.az

Vergi sisteminin yaranma tarixi haqda BİLİNMƏYƏN FAKTLAR

Vergi dövlətin əsas gəlir mənbələrindən biri hesab olunur. Əsrlər boyu vergi anlayışı müxtəlif formada cəmiyyətdə özünə yer etmişdir. Əsas etibarilə vergi anlayışının fərqli formalarda özünü təzahür etmişdir:

Vergi qavramının ortaya çıxması hədiyyə anlayışı ilə bağlıdır. Sonrakı dövrlərdə dinlər inkişaf etdikcə vergi vermək anlayışı mənəvi borc xarakteri daşımaq kimi qiymətləndirildi. Bundan əlavə vergi dövlətdə yardım və hökümlülük rolu oynayırdı.

Pulun istifadə olunmadığı dövrlərdə ilk vergi forması olaraq məcburi əmək vergisi hesab edilən anqarya vergisi vardı. Yəni, torpaqda çalışan şəxsin əməyi vergi kimi qəbul olunurdu. Daha sonralar pulun ortaya çıxmasıyla vəziyyət ikili xarakter aldı və artıq kəndli həm çalışır, həm də məhsulundan əldə etdiyi gəlirin bir hissəsini dövlətə verirdi.

Qədim Misirdə insanlardan məhsula görə, şəxsin statusuna görə, hətta torpaq sahəsindən harda yerləşməsindən asılı olaraq vergilər nəzərdə tutulmuşdu. Bu baxımdan Misirdə vergi sistemi çox inkişaf etmişdi.

Roma və Yunanıstanda vəziyyət bir qədər fərqli idi. Onlarda vergi daha çox pulla ödənilirdi. Mənfi tərəfi isə vergiyənin istənilən vaxt alınması idi.

Orta əsrləri araşdıran tarixçilər maraqlı faktlar ortaya çıxarmışlar. Fransa tarixçiləri həmin dövrdə artan vergi sistemini araşdırmış və belə nəticəyə gəliblər ki, artan vergilərdən fərqli olaraq sabit vergi forması daha yararlı idi. Bundan əlavə həmin dövrlərdə dövlətlər pulu dəyərdən salmaqla gəlir əldə etməyə çalışmış, yerli və xarici tacirlərdən və o cümlədən banklardan borc almaq kimi alternativ vasitələrdən istifadə etmişlər. Həmin dövrdə vergi qanuni xarakter daşıyırdı.

Orta əsrlərdən fərqli olaraq 18-ci yüzillikdə artıq iqtisadiyyatın müasir formasının təməlini qoyulmağa başladı. Bu dövrdə artıq dövlətin əsas gəliri vergi deyil, idxal və ixracdan gələn gəlirlər, savaş qənimətləri, yardımlar və s. təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrlərdə bir sıra düşüncə axınları formalaşmışdı.  

Merkantalizm əsasən kapitalist sistemin ilk şəkli olan ticari kapitalizm olaraq düşünülməkdədir. Merkantalizm tərəfdarları əsasən zənginlik göstəricisi olaraq dəyərli metallar toplayırmışlar. Bu axının formalaşmasında Avropada genişlənməkdə olan bəzi sosial, siyasi və iqtisadi dəyişikliklər rol oynamaya başlayıb. Bu axının tərəfdarları qiymətli metallara görə vergi ödəməyin dövləti gücləndirəcəyini düşünürdü.

Fizyokrasi tərəfdarları isə Merkantalizmin əleyhinə çıxış edir və torpaqdan alınan məhsula görə vergi tətbiqini dəstəkləyirdilər. Onlar digər fəaliyyət sahələrinin verimli olmadığını düşünürdülər. Onlar bu verginin torpaq sahiblərindən alınmasını istəyirdilər.

Liberaliz axınının tərəfdarları isə onlara qarşı çıxmış və torpaqdan əlavə də vergilərin alına biləcəyini bildirmişdilər. Axının təməlini ingilis iqtisadçı Adam Smit və Devid Rikardo qoymuşdu. Onlar sənaye və ticarət sahələrindən də vergi alına biləcəyini göstərmişdilər. Rikardo verginin sərmayədən deyil, gəlirə görə alınmasının tərəfdarı idi.

Müxtəlif dövrlərdə vergi anlayışı dəyişikliyə uğramış və müasir forması ortaya çıxmışdır. 

Həmçinin maraqlıdır: Bir neçə maraqlı “Sindrom” haqqında: - Qüds, Holland, Axmaq Puma sindromu və s.

Nəcibə Yusifova, Banco.az