Türk Hava Yolları və Türk Telekomdan ABŞ şirkətləri ilə bağlı YENİ QƏRAR | Banco.az

Türk Hava Yolları və Türk Telekomdan ABŞ şirkətləri ilə bağlı YENİ QƏRAR

Türk Hava Yolları (THY) və Türk Telekom ABŞ şirkətlərinə reklam verməyəcəkləri ilə bağlı açıqlama ediblər.

Mövzu ilə bağlı Twitter hesabından açıqlama edən Türk Hava Yollarının Mətbuat müşaviri Yəhya Üstün, “Türk Hava Yolları olaraq dövlətimizin və millətimizin yanındayıq. Mövzu ilə bağlı lazımi göstərişlər orqanlarımıza tapşırılmışdır” dedi.

Kampaniyaya Türk Telekom şirkəti da qatıldı.

Ən sərfəli kredit üçün müraciət et

Twitter hesabından açıqlama edən Türk Telekom İctimaiyyətlə Əlaqələr direktoru Hamdi Ateş, belə qeyd etdi:

“Türk Telekom ailəsi olaraq biz də “ABŞ – a reklam vermə!” kampaniyasına qoşuluruq, dövlətimizin və millətimizin yanındayıq. Mövzu ilə bağlı lazımi göstərişlər orqanlarımıza tapşırılmışdır.”

Tamara Mustafayeva, Banco.az