MBNP-da Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin iştirakı ilə seminar keçirilib | Banco.az

MBNP-da Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin iştirakı ilə seminar keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata)  Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi cənab Xose Kartas tərəfindən Palata və Mərkəzi Bank əməkdaşlarına “Maliyyə sağlamlığı indikatorları” (MSİ) mövzusunda geniş seminar keçirilib. Palatadan banco.az-a verilən məlumata görə, seminar BVF-nin Statistika missiyası (19 fevral – 02 mart 2018) çərçivəsində təşkil edilib.

Seminarda MSİ metodologiyasının əsas xüsusiyyətləri, bu metodologiyanın Bazel prinsipləri ilə uyğunluğu, uçot prinsipləri, maliyyə və qeyri-maliyyə təşkilatlarının maliyyə indikatorlarının MSİ üzrə icmallaşdırılması, habelə beynəlxalq təcrübə ətraflı müzakirə olunub. Seminar zamanı bir sıra praktiki məsələlərə toxunulub, iştirakçılar bu məsələlərin həllində aktiv iştirak ediblər.  

Ən sərfəli kredit üçün müraciət et

Seminarın davamı olaraq növbəti həftə ərzində iştirakçılar üçün praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.