Ethereum arxada qoyduğumuz bir neçə ay ərzində bir çox şəxsin diqqət mərkəzində olub. Ethereum min dollarlıq sərhədi keçdikdən sonra ondan gözləntilər artıb. Hazırda Ethereum 1300 dollara çatmaq üzrədir. Bu isə Ethereum-un yaxın zamanda qiymət rekordunu yenilənəcəyi deməkdir. Bunun üçün 2018-ci ildə 100 dollar artım kifayət edir.
Ethereum üçün sırada hansı yeniliklər var?
Kriptovalyuta bazarında bazarında bəzən qiymət düşüşləri yaşana bilir və belə hallarla dözümlü çox az coinlər var. Bitcoin belə bəzən çox ciddi düşüşlər yaşaya bilir ki, bir neçə gün ərzində 20 min dollardan 10 min dollara düşdüyünü gördük.
Ethereum isə öz çapında xeyli dayanıqlı sayılır. Çünki son yaşanan düşüşü zərərsiz şəkildə keçə bildi.
Ethereum bu zaman kəsiyində 1325 dollardan 900 dollara endi. Lakin bu, qısa çəkdi. Bir çoxları buna təəccüblənsə də, uzaqgörən insanlar sözügedən kriptovalyutanın gəlcəyinə ümidlə yanaşdılar. Onlar yeni Ethereumlar aldı.
Hazırda yaşananlar onların haqqlı olduğunu göstərir. Belə ki, son 24 saat ərzində dollar ekvalentində 11.31 faiz, BTC bazarında isə ümumlikdı 10 faiz artım yaşanıb. Ethereum hazırda 1230 dollar civarındadır.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.