Azərbaycanda problemli kreditlərlə bağlı ayrıca qanunun qəbulu təklif olunur | Banco.az

Azərbaycanda problemli kreditlərlə bağlı ayrıca qanunun qəbulu təklif olunur

"Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur. Vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Bu problemi birdəfəlik həll etmək lazımdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Əli Məsimli deyib. 

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib.