Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hökumətlə birlikdə neft gəlirlərindən istifadənin yuxarı həddi ilə bağlı fiskal qaydalar üzərində işləyir.
Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər bu qaydaların işlənib-hazırlanması, təsdiq olunması planlaşdırılır.
Mənbə: Report.az