Sərhədçilərə xidmət göstərən “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 18 Avqust - Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayıb.
Kampaniya 16 avqust – 25 avqust müddətində keçərlidir.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği – 15 000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə/ 25%-dənbaşlayaraq
• 3000 manatadək ZAMİNSİZ
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.