Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib | Banco.az

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, siyahıya Naftalan nefti əlavə edilib. Bundan sonra Naftalan neftinin qiymətini dövlət tənzimləyəcək.

Mənbə: Report.az