Nazir: "Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır" | Banco.az

Nazir: "Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır"

"Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi yarışları ilə bağlı tədbirlər planı hazırlanır".

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, yarış keçirilən günlər ərəfəsində nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək: "Bizim müəssisələr daim çalışacaq, lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər "Formula 1"in öz proqramında yer alıb".

Nazir qeyd edib ki, həmin zaman Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə insanların marağı daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərmiş olacaq".

Mənbə: Report.az