Rusiyanın 2018-2020-ci illəri əhatə edən dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollardan götürüləcək.
"Rambler News Service"xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov Dövlət Dumasında jurnalistlərin suallarını cavablandırarkən bildirilb.
"Hesab edirəm ki, neftin qiymətini 40 dollardan yuxarı götürmək düzgün olmaz. Çünki, hələ də qiymətlərdə dalğalanma riskləri qalır. Hətta OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasında razılığa gəlsələr də, neftin qiymətinin düşdüyünü görürük", - deyə o, qey edib.
"Büdcəni bizim təsir edə bilməyəcəyimiz xarici risklərdən qorumaq üçün neftin qiyməti konservativ səviyyədə - 40 dollardan götürülməlidir",- deyə nazir sözlərinə əlavə edib.
Qeyd edək ki, Dumada bu gün 2017-ci il dövlət büdcəsinə dəyişiklik edilib və neftin büdcə qiyməti 40 dollardan 45,6 dollara çatdırılıb.