Erməni xeyriyyəçilərdən effektli "soyqırım" PR-ı | Banco.az

Erməni xeyriyyəçilərdən effektli "soyqırım" PR-ı

Erməni filantrop  Sudanlı həkimə $1 100 000 bağışladı

“Avrora” mükafatı ermənilər tərəfindən “Erməni soyqırımının” xatirəsinə yaradılıb: $100 000 şəxsi mükafat və  $1 milyon dollar xeyriyyəçiliyə edilən ianə.  

Mükafat “soyqırım” zamanı atası və qardaşlarını itirmiş Avrora Mardiqanyan adlı qızın şərəfinə təsis edilib. Təsisçilər üç biznesmendir: Ruben Vardanyan – “Skolkovo” biznes məktəbinin partnyor-təsisçisi, Nubar Afeyan - Flagship Pioneering-in direktoru və idarəetmə partnyoru, nəhayət Vartan Qreqoryan – Nyu-Yorkda Karnegi Koporasiyanın prezidenti. Mükafat erməni xalqının “genosid” zamanı onlara kömək etmiş xilaskarlarına minnətdarlıq əlaməti olaraq, 2015-ci ildə təsis edilib və 2023-cü ilə qədər hər il təltif olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mükafatın builki qalibi, Sudanlı həkim Tom Katenadır. “ Mən bu mükafatı və onun yaradıcılarını yüksək qiymətləndirirəm, çünki onlar diqqəti sadə insanların problemlərinə yönəltmək istəyiblər” – doktor Katena bildirib. O, mükafatı Afkrika Tibb Missiyası Fondu (ABŞ), Aktion Canchanabury (Almaniya) və Katolik Tibbi Missiya Şurası (ABŞ) ilə paylaşacaq.

Mükafatın mexanizmi belədir – Qalib ona verilən $100 000 dollar şəxsi mükaafat ilə istədiyini edə bilər, 1 milyon dolları isə xeyriyyə məqsədi ilə yaradılmış hansısa təşkilatlara və tədqiqat mərkəzlərinı bağışlanmalıdır, yəni qlaib şəxs onları seçməkdə sərbəstdir, sadəcə təyinat xeyriyyə məqsədli olmalıdır.  Ötən ilin mükafatçısı həmin məbləği Ruanda, Efiopiya, Braziliya və Konqo ərazisindəki üç xeyriyyə təşkilatı ilə bölüşdürüb və bunun sayəsində Ruandada 308 tələbə universitetdə oxumaq imkanı qazanıb, digər ölkələrdə 750-yə yaxın insan sosial-maddi yardım əldə edib. Braziliyada  San-Karluş sosial uşaq mərkəzi 5 il ərzində 5 vəsaitlə fəaliyyət göstərəcək.

Könül Soltanova, Banco.az