“Dekabank” ASC-nin qorunmayan əmanətçilərinə kompensasiya nə zaman ödəniləcək? | Banco.az

“Dekabank” ASC-nin qorunmayan əmanətçilərinə kompensasiya nə zaman ödəniləcək?

Azərbaycanda ötən il lisenziyası ləğv olunmuş “Dekabank” ASC-nin qorunmayan əmanətçilərinə kompensasiya ödənilməsi bu ay yekunlaşacaq.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, Bankda qorunmayan əmanətlərin məbləği təxminən 1,2 mln. manatdır.

Ən sərfəli kredit üçün müraciət et

A.Cavadov qeyd edib ki, rəhbərlik etdiyi qurum ləğvedici olaraq “Dekabank”ın yalnız qısamüddətli öhdəliklərini yerinə yetirir: “Məsələn, Bankın sahibkarlıqla bağlı verilmiş kreditləri var ki, ləğvedici olaraq onlarla məşğul olmaq bizim işimiz deyil. Yəqin ki, həmin portfel başqa banka ötürüləcək”

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et