Kommersiya banklarının rəhbərləri yeni şurası yaradıb | Banco.az

Kommersiya banklarının rəhbərləri yeni şurası yaradıb

Ölkənin bank sektorunda maliyyə savadlılığı səviyyəsinin artırılmasına dair planlaşdırılan işlərin birgə müzakirəsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət Maliyyə Savadlılığı Şurası (MSŞ) yaradılıb. 

Bank dairələrindən alınan məlumata görə, MSŞ-nın bu sahədə ideyaların, məlumatların və təcrübənin müzakirə olunduğu platforma rolunda çıxış etməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, Şuranın fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, maliyyə savadlılığı sahəsində görülmüş işlərlə tanış olmaq üçün yaxın günlərdə Şura üzvlərinin ilk iclasının keçirilməsi nəzərdə tutulub.

Mənbə: Report.az