Əhalinin əmanətləri yanvarda 4% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhalinin əmanətləri yanvarda 4% artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il fevral ayının 1-nə 7 747,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən verilən xəbərə görə, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 298,5 mln. manat və ya 4% artıb.

Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 896,1 mln. manat və ya 10,37% azalıb.

Mənbə: Report.az