ABŞ-da fond indeksləri tarixi rekord həddə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-da fond indeksləri tarixi rekord həddə çatıb

ABŞ fond birjalarında dünən, fevralın 13-də yeni tarixi rekordlar qeydə alınıb. Əsas fond indeksi olan "Dow-Jones" 142,79 bənd və ya 0,7% artaraq 20 412,16 bəndə, "S&P 500" və "Nasdaq" indeksləri isə 0,52% artaraq müvafiq olaraq 2 328,22 və 5 763,96 bəndə çatıb.

Qeyd edək ki, "S&P 500" indeksi 2 324,22 bəndi keçdiyində onun tərkibində yer alan şirkətlərin məcmu kapitallaşması ilk dəfə 20 trln. ABŞ dollarını ötüb. ABŞ-ın yeni prezidentinin seçildiyi gündən etibarən bu indeks ölkədə vergi dərəcələrinin azaldılması, infrastruktur xərclərinin artırılması və tənzimləyici qanunların yumşaldılması gözləntiləri ilə 9% artım göstərib. 

Dünən, həmçinin "Apple" şirkətinin səhmlərinin qiyməti ticarət gününün sonunda 0,89% yüksələrək 133,29 dollara - tarixi rekord həddə çatıb. Şirkətin səhmlərinin qiyməti yanvarın 31-də açıqlanan müsbət illik hesabatdan sonra 9,8% artıb. "Apple"in səhmlərinin bahalaşmasının davam etməsinə "Goldman Sachs" bankının yaxın 1 il ərzində şirkətin səhmlərinin qiymətinin 150 dollara qədər yüksəlməsi ilə bağlı proqnozu təsir edib.

Mənbə: Report.az