Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq | Banco.az

Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq

Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. 

Qurumun açıqlamasında deyilir ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan xidmətlərə görə ƏDV yalnız Azərbaycanda qeydiyyatda olan bankların kartlarından tutulacaq: “Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman ƏDV alıcının yerli bank, xarici bankın Azərbaycandakı filialı və poçt rabitəsinin milli operatorunda açılmış hesabından tutulur”.

Ən sərfəli kredit üçün müraciət et

©Report