Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfə azalıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfə azalıb

Azərbaycan cari ilin yanvar-oktyabr ayları ərzində 174 ölkə ilə 14 153 697,82 min ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,22% azalıb.

Bu müddətdə idxal əməliyyatlarının həcmi illik 6,64% azalaraq 6 957 998,81 min dollar, ixrac əməliyyatlarının həcmi 34,48% azalaraq 7 195 699,01 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 dəfə azalaraq 237 700,2 min dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bu müddətdə ölkəyə 7 109 çeşiddə mal idxal olunduğu halda, ixrac çeşidi cəmi 2 717 ədəd olub.

Mənbə: Report.az