Bankların kredit verməməsi maşın bazarında durğunluğa səbəb olub | Banco.az

Bankların kredit verməməsi maşın bazarında durğunluğa səbəb olub

İşlənmiş avtomobil bazarında durğunluq yaşanır. Səbəb avtosalonlarda ikinci əl avtomobillərin kreditlə satışının dayandırılmasıdır. Salon sahiblərinin sözlərinə görə, bir ildən çoxdur ki, bankların işlənmiş avtomobillər üçün kredit ayırmaması onların işlərinə mənfi təsir edib.

Xəzər TV-yə istinadən xəbər verilir ki, kreditlə avtomobil verilmədiyindən maşınlar uzun müddət salonda qalır.

Ən sərfəli kredit üçün müraciət et

Satıcılar deyirlər ki, salonlara müraciət edənlərin əksəriyyəti işlənmiş avtomobilləri məhz kreditlə almaq istəyənlərdir.

Bank eksperti Anar Ramazanov isə deyir ki, bankların avtomobil kreditini dayandırması qanunaziddir. Çünki bununla bağlı heç bir dövlət orqanının qərarı yoxdur.

Mənbə: Oxu.az