Banco.az Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ilin əvvəlindən bəri qeydə alınan ücüncü aylıq azalmadır (bundan əvvəl yanvarda və iyulda qeydə alınıb).Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin avqust ayı ərzində 225,9 mln. manat və ya 2,96% azalaraq sentyabrın 1-nə 7 412,2 mln. manat təşkil edib.
Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1060,1 mln. manat və ya 16,69% artıb.
Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə 7 641,6 mln. manat, iyulun 1-nə 7 689,4 mln. manat, avqustun 1-nə isə 7 638,1 mln. manat təşkil edib.