Pul siyasəti strategiyasının hazırlanması iki mərhələdən ibarətdir: onun son məqsədinin müəyyən edilməsi və cari məqsədin müəyyən edilməsi.
Bütün bu məqsədlərin hamısı monetar orqanlar tərəfindən həyata keçirilir.
Hər bir ölkənin iqtisadi siyasətinin əsasında inflyasiya səviyyəsinin aşağı salınması və ÜDM-in artımı durur. Bildiyimiz kimi, dövlət orqanlarının əsas məqsədi müəyyənləşmiş siyasi iqtisadi tədbirlərin həyata keçirilməsi yolu ilə stabilliyin əldə olunması və bu stabilliyin uzun müddət qorunmasıdır. Ümumi iqtisadi stabillik hər şeydən əvvəl əsas makroiqtisadi göstəricilərin müəyyən vəziyyətini nəzərdə tutur. Bunlara əsasən istehsalın stabil artımı, stabil qiymətlər, işçi qüvvəsinin tam məşğulluğu tədiyə balansın müsbət saldosu və s. kimi sadalanan nəticələrə nail olmaq üçün monetaristlər belə hesab edirlər ki, bütün bazar elementləri sərbəst fəaliyyət göstərməlidir. İnhisarçı meyllərin həm dövlət, həm də xüsusi sektorda inkişafı rəqabətin öz rolunu yerinə yetirməsinə imkan vermir.
Bunun əksinə olaraq son illər pul sisteminin liberallaşdırılması ideyaları geniş yayılmışdır. Bütün bu nəzəriyyələrin əsas məqsədi pul siyasətinin iqtisadi proseslərə təsirinin optimallaşdırılması istiqamətidir. Pul siyasətinin müxtəlif ölkələrdə məqsədlərinin fərqlənməsi monetar orqanların taktikasının seçilməsindən asılıdır.
Pul siyasətinin strategiyası kimi məqsədləri də aşağıdakı kimi təsnifləşdirilir:
Fəaliyyət sərhədlərinə görə; pul siyasətini daxili və xarici olaraq iki istiqamətə bölmək olar.
Fəaliyyət vaxtına görə (taktiki və aralıq) də pul siyasətinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Taktiki məqsəd dedikdə, pul orqanlarının açıq bazarda ardıcıl əməliyyatlar aparması vəzifələri nəzərdə tutulur. Aralıq məqsəd isə müəyyən vaxt intervalında iqtisadi də- yişiklərin tənzim edilməsi vəzifələrini ifadə edir. Aralıq məqsədlərə istehsalın nominal həcmi, faiz dərəcəsi, pul kütləsinin artım tempi, qiymət səviyyəsi aiddir.
Pul siyasətinin aralıq məqsədlərindən biri də pul kütləsinin artırılmasıdır. Pul kütləsinin dəyişdirilməsi istehsalın hecminə təsir edir. Lakin bu təsirin hansı səviyyədə olması iqtisadçılar arasında mübahisələrə səbəb olur. Pul kütləsinin artırılması nominal istehsal həcmini artırır. Faiz dərəcəsi ilə pul dövriyyə sürəti arasında asılılıq olduğuna görə Mərkəzi bank daim tədavüldə olan pul kütləsini korrektə etməlidir. Müasir pul nəzəriyyələri pulun dövriyyə sürətinə stabil deyil, dəyişkən səviyyə kimi baxır.
Pul siyasətinin aralıq məqsədlərindən biri də qiymət səviyyəsinin nəzarətdə saxlanılmasıdır. Qiymət səviyyəsinin qaxması bütün iqtisadi proseslərə təsir edir. Ona görə də dövlət orqanlarının həyata keçirdikləri iqtisadi siyasətdə bu göstərici əhəmiyyətli yer tutur. Qiymət səviyyəsi müəyyən nöqtədən aşağı düşdükdə Mərkəzi Bank bank sisteminə əlavə ehtiyatlar verməklə məcmu tələbi artırır. Qiymət səviyyəsi müəyyən edilmiş nöqtədən yuxarı qalxdıqda əksinə tədbirlər həyata keçirilir. Pul siyasətinin daimi eyni səviyyədə saxlanılmasının çatışmayan tərəfləri vardır. Bu onunla əlaqədardır ki, bu prosesdə təklifdə ola biləcək şokların nəticələri iqtisadi sistemə mənfi təsir edir. Təklifdə ola biləcək şok zamanı Mərkəzi Bank pul kütləsini sıxmaqla qiymət səviyyəsini eyni saxlamağa çalışır. Bu isə iqtisadi sistemin inkişafinın qarşısını alır.
Pul siyasətinin aralıq məqsədlərindən biri də faiz dərəcələrinin iqtisadi aktivliyi stimullaşdıracaq səviyyədə olmasını tənzim etməkdən ibarətdir. Pul siyasəti vasitəsi ilə Mərkəzi Banklar faiz dərəcələrinə təsir edir və onların müəyyən həddən artıq olmasın qarşısını alır. Mərkəzi Bank birbaşa faiz dərəcəsinin səviyyəsini müəyyənləşdirmək imkanında deyildir. Dolayı metodlar vasitəsi ilə faiz dərəcəsini tənzim etmək üçün Mərkəzi Bank uçot dərəcəsindən istifadə edir. Digər tərəfdən açıq bazarda əməliyyatların aparılması faiz dərəcəsinin səviyyəsinə təsir edə bilir. Faiz dərəcəsinin aşağı və ya yüksək olması iqtisadi fəallığa, investisiya mühitinə çox güclü təsir edir.
Beləliklə, Pul siyasətinin məqsədləri təməl məqsədləri altı başlıq altında toplaya bilərik:
- Tam məşğulluq;
- İqtisadi böyümə;
- Qiymət səviyyəsi;
- Tədiyyə balansında tarazlıq;
- Faiz nisbəti sabitliyi;
- Finans bazarlarında sabitlik.