Banco.az Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətləri yanvar ayında 2 milyard 384,4 milyon manat və ya 33,6% artıb. Hazırda əhalinin banklardakı əmanətlərin ümumi məbləği 9 milyard 473,9 milyon manata bərabərdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə cəmi əmanətlərin həcmində 2 milyard 285,6 milyon manat və ya 31,8% artım qeydə alınıb.
Ekspertlərin sözlərinə görə, bu artım 2015-ci ilin fevral və dekabr aylarında manatın iki dəfə ucuzlaşması ilə bağlıdır.