Moody’s-dan Unibanka stabil qiymət! | Banco.az

Moody’s-dan Unibanka stabil qiymət!

“Moody’s Investors Service” Beynəlxalq agentliyi “Unibank” ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər  reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib. 

Beynəlxalq  agentliyin  bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Moody’s ekspertləri Unibank-ın bu mövqedə  stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı  kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

Beynəlxalq reytinq agentliyinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan Unibank-ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Unibank-ın reytinqini əvvəlki səviyyədə- stabil olaraq təsdiqləyib. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin  əvvəlki həddə saxlanılması bankın pərakəndə və  mikro-kreditləşməni  sürətləndirilməsində  böyük rol oynaması ilə də əlaqədardır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et