Bugünün kredit mütəxəssisi-sabahın kredit departament rəhbəri | Banco.az

Bugünün kredit mütəxəssisi-sabahın kredit departament rəhbəri

Kredit mütəxəssisi ölkəmizdə ən çox ehtiyac duyulan vəzifələrdən biridir. Peşənin üstün cəhətlərindən biri də odur ki, burda sizin bakalavr ixtisasısınızı hansı sahədə olması elə də böyük əhəmiyyət  daşımır. Buna baxmayaraq, kredit mütəxəssisi vəzifəsini əldə etmək üçün ali iqtisadi təhsilinizin olması sizin üçün müsbət haldır. Lakin istənilən halda təcrübə müddətini keçməlisiniz. Bu müddət ərzində isə bankın məsul əməkdaşı potensial kredit mütəxəssisinə bu sahədə ona lazım olacaq cəhətləri aydınlaşdırır. Bir çox işəgötürən banklar kredit mütəxəssisi vəzifəsi üçün nisbətən gənc əməkdaşlara üstünlük verirlər. 

Bəs kredit mütəxəssisi olmaq istəyən şəxlərdən nə tələb olunur?

  • Ali və yaxud orta təhsil
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurma bacarığı
  • Problemləri həll etmək bacarığı
  • Yaxşı yaddaş,

Kredit mütəxəssisinin gündəlik vəzifələri:

  • Müştərilərin cəlb olunması
  • Müştərilər ilə ilkin tanışlıq və müştərilər haqda məlumatın Bankın proqramına daxil olunması
  • Təhlil vaxtı analitik formulara doldurulan məlumatların analiz olunması
  • Local Workbench proqramında  memorandum formasının doldurulması 
  • Biznes kredit layihələrinin  hazırlanması və Kredit komitəsinin/ Ekspert qrupunun iclaslarında layihələrin təqdim olunması

Bundan başqa kredit mütəxəssisinin vəzifə öhdəliklərinə aşağıdakılar da daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Kredit mütəxəssisləri hesabatları hazırlanmalı, banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat verməli, potensial müştərilərlə görüşlər keçirməli, bank məhsullarını təklif etməli, müştərilərin müraciətlərinin qəbulu əsasında sahəni analiz etməli, müraciətləri bankın kredit komitəsində müdafiə etməli, kredit sənədlərini tərtib etməli, kredit portfelinə nəzarət etməli və idarə etməlidir.

Kredit mütəxəssisi (ehtiyac olduqda) sahibkarlıq fəaliyyətinin aparıldığı yerə baş çəkməli, fəaliyyət uçotunu təhlil etməli, bank hesabatlarından çıxarışlara baxmalı və borcalanın məlumat verdiyi gəlirin məbləğini qiymətləndirmək üçün müştəriləri ilə müsahibələr aparmalıdır.

Kredit mütəxəssisinin işi bunlarla bitmir.

Kredit mütəxəssisləri gün ərzində gördükləri işdən asılı olaraq müxtəlif sayda müştəri qəbul bilərlər. Biznes krediti verən mütəxəssis gün ərzində 1-4 müştəri ilə işləyir. İstehlak kreditlərində isə bu say hərdən 30-a çatır. Bunun əsas səbəbi biznes kreditinin verilməsinin daha məsuliyyətli və araşdırma tələb edən iş olmasıdır.

Kredit mütəxəssisi verdiyi hər kreditə görə aldığı əmək haqqından əlavə bonus qazanır.  Bu orta hesabla verilən kreditin 0,01% - ni təşkil edir.

Krediti vermək işin bitməsi deyil. Burada professional bacarıqlarla yanaşı, intiusiya, iş duyğusu, hər hansı layihənin uğurla və yaxud əksinə uğursuzluqla nəticələnəcəyini təxmin etmək bacarığı kredit mütəxəssisinin karyerasında böyük rol oynayır. Müştəri öz məsuliyyətini borcu vaxtında ödəməklə göstərirsə, kredit mütəxəssisi isə bunu gecikməyə nəzarət vasitəsilə edir. Belə ki, ilk aylarda ödənişdən 1-2 gün əvvəl xatırlatma etmək, gecikmiş ödənişlərə nəzarət etmək kredit mütəxəssisinin məsul vəzifələrindəndir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et