Energokredit Azərbaycan və banklarımızın həmrəyliyi | Banco.az

Energokredit Azərbaycan və banklarımızın həmrəyliyi

Energocredit Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dayanıqlı enerjinin zəncirvari maliyyələşdirilməsi qurumudur. “Energocredit” layihəsinin açılış mərasimi 25 Noyabr 2014-cü il tarixində baş tutub.

Şirkət enerjiyə qənaət etmək sahəsində böyük potensialınızı pula çevirməkdə sizə kömək edəcək.

Energokreditlə həmçinin, yenilənə-bilən enerji layihəsi barədə ideyanızı həqiqətə çevirə bilərsiniz. Azərbaycan külək, günəş, su və geotermik sərvətlər sahəsində istifadə edilməmiş yenilənə-bilən enerji potensialına malikdir. Energocredit kiçik-miqyaslı yenilənə-bilən enerjilər kimi yeni sahələrə kredit verən kommersiya banklarını dəstəkləyir. 

Yenilənə-bilən enerji sahəsinə tipik investisiyalara daxildir:

  • İstilik və/yaxud kompleks istilik və elektrik enerjisi yaradan biokütlə yandırma
  • Bioqaz yaradılması: yalnız istilik və həm istilik həm də elektrik stansiyaları
  • İsti su və ya buxar yaradılması üçün günəş termik kollektorları
  • Geotermik istilik nasosları
  • Su-elektrik stansiyaları (10 MW-dan aşağı)   

Münasib hesab edilmiş bütün layihələr ən azı 10% daxili gəlirlilik (rentabellik) səviyyəsinə (DGS) nail olmalıdırlar. Onu da qeyd etmək lazımdır ki, Yenilənə-bilən Enerji layihələri sözügedən Proqram çərçivəsində verilən Həvəsləndirmə Ödənişinə münasib sayılmır. Həvəsləndirmə Ödənişi enerji qənaəti üzrə yüksək standartlara əməl edən və Energocredit krediti götürən özəl şirkətlər və fərdi şəxslərə verilən mükafatdır. Energocredit kreditinin 10-15% arası məbləğində pulu sizə geri qaytarmağı təklif edir. Qeyd etmək vacibdir ki, mükafat 2016-cı il aprel ayına qədər verilir.

İnvestisiya Həvəsləndirməsi almaq üçün münasib sayılan borcalanlar bunlardır:

  • Özəl sektor şirkətləri  
  • Fərdi şəxslər və ya fərdlər qrupu

Aşağıdakı investisiyalar Həvəsləndirmə Ödənişləri (qrantlar) üçün münasib sayılır:

Tərəfdaş Banklar aşağıdakıları maliyyələşdirir

Ən sərfəli kredit üçün müraciət et

  • Avtonom yenilənə-bilən enerjiyə investisiyalar;
  • Yenilənə-bilən enerji texnologiyaları, avadanlıq və/yaxud materialların münasib istehsalçıları, təchizatçıları və quraşdırıcıları üçün kreditlər dövriyyə kapitalının maliyyələşdirilməsi.

Həmçinin münasib İnvestisiyalarınızı həyata keçirməyə sizə kömək edəcək ekspertlər qrupu da nəzərdə tutulub.  Bəs hansı investisiyalar münasib sayılır? Buraya qida emalı, kənd təsərrüfatı, istehsal, sənaye, inşaat və yenilənə bilən enerji nəzərdə tutulur.

Biznes müəssisələr və bina inşa edənlər Energocredit kreditlərinin əsas müştəriləri hesab olunur.

Energokredit Azərbaycan layihəsinin iştirakçısı olan banklar aşağıdakılardır.

Tərəfdaş Bankların müştəriləri üçün Energocredit pulsuz texniki yardım təmin edir. Özəl şirkət olaraq siz investisiyanız üçün hansı texnologiyaların münasib olduğu barədə məsləhət ala bilərsiniz. Həmçinin təcrübəli ekspertlərdən seçdiyiniz texnologiyanın maliyyələşdirilməyə münasib olub-olmadığını yoxlamağı xahiş edə bilərsiniz. Əlavə olaraq, sizin ehtiyaclarınıza uyğunlaşdırılmış texniki məsləhət və enerji auditi təklif olunur.  Məsləhət üçün +994 12 597 30 57 nömrəsi vasitəsilə mütəxəssislə əlaqə saxlaya bilərsiniz.

Energocredit “Qafqazda Enerjiyə Qənaət Proqramının” bir hissəsi kimi korporativ həmçinin yaşayış-məişət enerjiyə qənaət layihələrini, həmçinin yenilənə-bilən enerji layihələrini əhatə etmək üçün 100 milyon ABŞ dolları məbləğində kredit xətti vasitəsilə Qafqaz regionunda öz əməliyyatlarının miqyasını artırır.

Enerjiyə qənaət layihələrini həyat keçirməklə, alt-borcalanlar kredit məbləğinin 10%-dən 15%-ə qədərini İnvestisiyaya Həvəsləndirmə Ödənişi kimi əldə edirlər. AYİB öz Donorları ilə birgə sözügedən İnvestisiyaya Həvəsləndirmə Ödənişlərini Azərbaycandakı münasib şirkətlərə və fərdi investorlara təmin edir.

Tərəfdaş bankalarının köməyi ilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)Azərbaycanda enerjiyə qənaət və ya yenilənə-bilən enerji layihələrinə sərmayə qoymaq niyyətində olan bütün Azərbaycan sahibkarları üçün eləcə də fərdi şəxslər üçün nəzərdə tutulmuş kredit xətti açmışdır. Sözügedən kredit xətti Qafqazda Enerjiyə Qənaət Proqramının (QEQP) bir hissəsidir.

Energocredit Azərbaycan müştərilərinə aşağədakıları vəd edir.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et