Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, banklara ümumi depozit qoyuluşu 1 ay ərzində 22% artıb. Hal-hazırda cəmi depozitlərin miqdarı 15 mlrd 134 mln 7min dəyərindədir.
Qeyd edək ki, 2015-ci ilin fevral ayı ərzində manatla cəlb olunan əmanətlərin hər iki növündə kəskin azalma olub. Milli valyuta ilə olan əmanətlərin birinci növü(tələb olunanadək) 8%, müddətli əmanətlər isə 21% azalıb.
Əksinə, xarici valyuta ilə əmanət qoyuluşunda artım olub. Xarici valyutanın müvafiq növləri üzrə artım 50% və 61%-ə bərabər olub.
Son bir ildə isə cəmi əmanət qoyuluşu 17 % artıb. Yəni 2014-cü ilin fevral ayında əmanət qoyuluşunun həcmi 12926,6 olub ki, bu rəqəm cari ilin fevral ayındakı göstəricidən təxminən 22 mlrd azdır.