“PewDiePie” ləqəbi ilə “Youtube”da hesabı olan 25 yaşlı isveçli Feliks Kyelberq bu sosial şəbəkədən və kompüter oyunlarından 2013-cü ildə 4 milyon dollara yaxın pul qazanıb.
Feliks “Youtube”da ən çox izləyicisi olan kanalın sahibidir. Onun 34 milyondan çox izləyicisi var. F.Keylberqin “PewDiePie” hesabından yayımladığı videolara ümumilikdə 7,6 milyard dəfə baxılıb. O, “Youtube”da oynadığı kompüter oyunlarına gülməli şərhlər verərək məşhurlaşıb.
İsveçli gəncin “Twitter “də 5 milyon, İnstaqramda isə 3,4 milyon izləyicisi var. Feliks qazancının, demək olar ki, hamısını reklamlardan əldə edir.