Rusiya Maliyyə naziri Anton Siluanov büdcə ilə bağlı atılacaq addımların effekt verməyəcəyi təqdirdə 3 illik ehtiyatlarını istehlak etmə təhlükəsi ilə qarşılaşacaqlarını bildirib.
Siluanov hökumətin büdcənin quruluşunu dəyişməməsinin böyük təhlükələrə yol açacağını deyib.
Siluanov dünən Moskvada jurnalistlərə verdiyi açıqlamada neftin 1 barrelinin 60 dollar olacağı təqdirdə Rusiya iqtisadiyyatının 2015-ci ildə 4 faizə yaxın geriləyəcəyini və istehsalın 3 faizə qədər azalacağını, büdcə kəsirlərinin artacağını bildirib.
Hər hansı bir qərarın olmayacağı durumunda isə 2016-2017-ci il ehtiyatlarını sərf edəcəklərini qeyd edən Siluanov infrastruktur və təhsil sahələrində də xərclərə yenidən baxacaqlarını vurğulayıb.
Qeyd edək ki, Rusiyanın valyuta ehtiyatlarında 19 dekabrda 398.9 milyon dollar geriləmə müşahidə edilib.
xezerxeb