Qənaət etmək – gözəl pul xərcləməkdir | Banco.az

Qənaət etmək – gözəl pul xərcləməkdir

Qənaət etmək – gözəl pul xərcləməkdir. Hər kəs bundan faydalana bilər.
Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əsla, yox!

1. Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: Nəyə mən pul xərcləyirəm və buna pul xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın. Utanmayın, zəng edib araşdırın ki, niyə sizin telefon abunə haqqını, ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Xərclərinizin artmasını gözləməyin.

2. Yollanın dukana, alacağınız ərzaqların siyahısını tərtib edin, amma bundan vaz keçməyin. Dübarə deyirəm, aldığınız ərzaqları, kredit kartı ilə yox pulla ödəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın. Bu sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.

3. Çalışın, ən iri dükanlardan alış-veriş edəsiniz, çünkü alınan malın reklamına dükan tərəfdən pul qoyulmur və ona görə də bu mallar ucuz olur. Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur, amma keyfiyyətinə söz ola bilməz. Amma unutmayın, supermarketlər sizi aldada bilər. Ehtiyatlı olun!

Ən sərfəli kredit üçün müraciət et

4. Psixoloqların fikrinə gorə insan ac mədəyə düşünülməmiş addım atır. Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin.

5. Tələyə duşməyin. Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.

6. Hesablayın, siz iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz. Yəgin özünüz də görərsiniz ki, bu həm cibinizə, həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də öz sağlamlığınızı düşünəsiniz.

7. Mütəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Çalışın tez-tez tozsovuranın torbasını təmizləyəsiniz. Torbası dolu olan tozsovuran 40% daha çox enerji sərf edir. Paltar yuyan maşını dolmuş şəkildə istifadə edin. Beləcə həm suya, həm də enerjiyə qənaət etmiş olarsınız.

gencaile.az