Azərbaycan Beynəlxalq Bankı “Pensiya+” xidmətinin əhatə dairəsini genişləndirir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı “Pensiya+” xidmətinin əhatə dairəsini genişləndirir

Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub.

ABB-dən verilən xəbərə görə, bütün rensiya kartı sahibləri “Riyadfarm”, “Avesta Farm” və “Azəri-Med” şirkətlərinin apteklərində, “Oksigen” klinikasında, “Neptun, “Araz”, “Makromarket”, “Armo Store”, “Rahat, Favorit”, “Everest” və “Bolmart” supermarketlər şəbəkələrində nağdsız ödənişlərlə alış-veriş edə bilərlər. Hazırda bu xidmətə 20-dən artıq müəssisə qoşulub. Yaxın gələcəkdə müəssisələrin sayı daha da artırılacaq və ölkənin regionlarını da əhatə edəcək.

“Pensiya+” xidməti çərçivəsində bütün pensiya kartlarının sahibləri avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitini əldə edə bilərlər. Bununla belə, təqaüdçünün müraciəti əsasında bu məbləğ artırıla da bilər. Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitinin istifadəsi rensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

APA