Kreditin hansı formaları vardır? | Banco.az

Kreditin hansı formaları vardır?

Kommersiya krediti -  bu müəssisələrin bir-birinə məhsul şəklində verdikləri borcdur. Kommersiya kreditinin əsas aləti vekseldir ki, onun vasitəsilə rəsmiləşdirilir.

(Veksel qiymətli kağız olub möhlət vaxtı başa çatanda veksel verən (borc alan) şəxsin veksel sahibi (borc verən) qarşısında pul öhdəçiliyini əks etdirir). Verilmiş vekseller bankda uçota alınır. Kreditin bu forması məhduddur, onunla əmək haqqı vermək olmur.

Bank krediti - kommersiya bankları və digər kredit təşkilatları tərəfindən pul vəsaitləri formasında hüquqi və fiziki şəxslərə, həmçinin dövlətə və xarici müştərilərə verilən kreditdir. Bank kredit münasibətlərində əsas yer tutur və müəssisələrin normal fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bank krediti kommersiya kreditinin sərhədlərini həcm, müddət, istiqamət etibarı ilə üstələyir. Başqa sözlə daha geniş sahəni əhatə edir.

 Bank krediti və kommersiya kreditinin fərqləndirici və oxşar cəhətləri mövcuddur ki, bunu da aşağıdakı cədvəldən görmək olar.

         Bank və  kommersiya kreditlərinin fərqli cəhətləri

Bank krediti

Kommersiya krediti

1.Faiz dərəcəsi yüksək olur

1.faiz dərəcəsi aşağı olur

2.obyekt-pul kapitalıdır

2.obyekt-dəyərin əmtəə formasıdır

3.həm əmtəə tədavülünə, həm də kapital yığımına xidmət edir.

3.yalnız əmtəə tədavülünə xidmət göstərir.

4.məhdudiyyətsizdir

4.kredit xətti və hərəkəti ünvanlıdır

Bank krediti məhdudiyyətsizdir dedikdə, kreditləşmənin məbləği və müddətinin məhdudlaşmaması nəzərdə tutulur. Kommersiya kreditində isə kredit xətti və hərəkəti ünvanlı olmaqla əmtəə istehsalçıdan istehlakçıya, ya da sonrakı satışla məşğul olan ticarət şirkətinə ötürülür.

 Bank krediti və kommersiya kreditinin ümumi cəhətləri:

- Onların təbiətləri eynidir;

- Resursların əmtəə və pul formasında genişlənməsi banklar vasitəsilə baş verir və bu da kommersiya və bank kreditinin çulğalaşmasına səbəb olur.

İstehlak krediti - uzun müddətli istifadə üçün nəzərdə tutulan əşyaların əldə edilməsi məqsədilə əhaliyə ticarət kompaniyaları, banklar, ixtisaslaşdırılmış qeyri-bank institutları tərəfindən müddətli ödəmə ilə verilən kreditdir. Bu kredit həm pul, həm də əmtəə şəklində verilir. Bu kreditin bankfirma formaları mövcuddur.

Dövlət krediti - kreditin  bu forması dövlətlə ona borc verən əhali və bizneslə məşğul olanlar arasındakı münasibətləri əhatə edir. Burada dövlət borc alanç əhali və xüsusi biznes isə borcverəndir. Dövlət kreditinin mənbəyi dövlətin və yerli orqanların buraxdıqları istiqrazlardır. Bu kreditdən dövlət büdcəsinin kəsirini doldurmaq üçün istifadə olunur. Kreditin  özü isə mərkəzi bank və ya maliyyə kredit institutları tərəfindən reallaşan dövlət qiymətli kağızlarına çevrilir.

Beynəlxalq kredit – krеditin bu fоrmаsı bоrс каpitаlının bеynəlхаlq iqtisаdi münаsibətlər sfеrаsındа hərəкətini əкs еtdirir, bеynəlхаlq кrеdit əmtəə və pul (vаlyutа) fоrmаsındа vеrilir. Bu кrеdit münаsibətlərində (кrеdit vеrən və кrеdit аlаn)  bаnкlаr, хüsusi firmаlаr, müəssisələr, dövlət, bеynəlхаlq, rеgiоn və yеrli təşкilаtlаr iştirак еdirlər. Bеynəlхаlq кrеdit ölкələr аrаsı iqtisаdi münаsibətlərin gеnişlənməsində və intеqrаsiyа prоsеslərinin sürətlənməsində mühüm rоlа mаliкdir.

 İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək “ipoteka” termini daşınmaz əmlakın girovu, “ipoteka krediti” isə bu növ girovun təminatı ilə verilən borcdur.

 İpoteka  kreditinin  atributları  dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür.

          Girovnamə - borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən və kreditora və ya girovnamənin digər sahibinə sənəddə göstərilən əmlakı, borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən sənəddir. Bu sənəd girov müqaviləsi ilə eyni zamanda natarial qaydada təsdiqlənməlidir. Sənədin bir nüsxəsi ipotekanın ilkin girovsaxlayanına verilir, digər nüsxəsi isə təsdiqlənən yerdə saxlanılır. Bu nüsxə girov saxlayanın öhdəliyinin təminatı kimi girov şəklində ötürülə bilər.

Ən sərfəli kredit üçün müraciət et

         İpoteka kredit müqaviləsi faktiki olaraq uzunmüddətli, tərəflərin qarşılıqlı maraqlarına  xidmət edən razılaşdırılmış şərtləri ilə tərtib olunan sənəddir. Kreditor – bank üçün bu verdiyi borcun uzunmüddətli gəlirlə qaytarılmasıdır ki, bu qaytarılma daşınmaz əmlakla təmin olunur. Borcalan – girovqoyan üçün isə bu uzunmüddətli investisiya krediti almanın yeganə yoludur. Bu kreditdən əsasən evin alınması və ya tikilməsi, yaxud da torpaq alınması üçün verilən kreditdir.

İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir:

  1. borcalan;
  2. kreditor-bank;
  3. investor;
  4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur.

Banklararası kredit (BAK) – bankların birində resurs çatışmazlığı digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir.

          Praktiki olaraq bütün bankların vaxtaşırı sərbəst kredit resursları olur. Bu sərbəst resurslar gəlir gətirsin deyə, banklar onları digər borcalan banklara yerləşdirməyə can atırlar. Resursların bu cür yerləşdirilməsi banklar üçün onların təsərrüfata  cəlb olunmasından çox əlverişlidir, daha dəqiq desək təminatlıdır. Bu zaman kredit resurslarını cəlb etmək üçün borc alan bankın müxtəlif səbəbləri vardır:

  •           Bank likvidliyinin operativ şəkildə tənzimlənməsi;
  •           Aktiv əməliyyatların artırılması üçün əlavə vəsaitlərə tələbat və s.

Banklararası kredit bazarında yeni açılmış banklar da hələ kifayət qədər müştəri toplaya bilmədiklərindən aktiv kreditor kimi çıxış edə bilirlər.

          Kreditin bu formasında resursların bölüşdürülmə şərtləri və müddətləri müxtəlifdir. Beynəlxalq təcrübədə belə kreditlərin 1,3 və 6 aylıq növləri daha çox istifadə olunur. Bu kreditlərin həddi isə bir günlə bir neçə il arasındadır. Banklararası kreditlərin cəlb olunması 2 yolla həyata keçirilir.

          1. sərbəst şəkildə, birbaşa danışıqlar yolu ilə;

          2. maliyyə vasitəçilərinin köməyi ilə.

Birjadankənar banklararası bazarda kreditlərin verilməsi və bağlanması şərtləri kommersiya banklarının özləri tərəfindən müəyyənləşir. Lakin bu münasibətlərin əsasında kredit münasibətlərinin subyekti kimi borcalan-bankın qiymətləndirməsi durur. Bu zaman ən vacib anlardan biri də borcalan-bankla müxbir münasibətlərinin olması, onun maliyyə və pul bazarlarındakı mövqeyi, maliyyə vəziyyəti, müştəri bazasıdır.         

Banklararası kreditlər  və  ya depozitlər kredit və ya depozit müqavilələri ilə, banklararası kredit bazarındakı əməkdaşlıq isə əsas razılaşma ilə rəsmiləşdirilir.

          Banklararası kredit bazarında əməkdaşlıq üçün əsas razılaşma dedikdə qarşılıqlı əlverişli şərtlərlə qısamüddətli banklararası kreditlərin bir-birlərinə təqdim olunmasından söhbət gedir. Məbləğin, kreditin müddətinin müəyyənləşməsi  isə müqavilə ilə baş verir. Kredit müqaviləsi aşağıdakıları nəzərə almalıdır:

  •           - müqavilənin predmeti – müəyyən məbləğdə qısamüddətli kreditin təqdim edilməsi;
  •           - kreditləşmənin obyekti (nizamnaməyə uyğun istifadə üçün vəsaitlərin cəlb olunmasında bankın tələbatı);
  •           - müqavilənin müddəti;
  •           - müqavilənin qiyməti;
  •           - kreditin təminatı;
  •           - müqavilənin yerinə yetirilməsində tərəflərin öhdəlik və cavabdehlikləri;
  •           - müqavilənin digər şərtləri      

Banklararası kredit təminatsız da verilə bilər. Lakin buna baxmayaraq, banklararası kredit müqavilələrinin əksəriyyəti müəyyən təminatın təqdim olunması ilə aparılır. BAK müqaviləsində əsasən təminat kimi borcalanın mülkü, kassa və müxbir hesablarında olan vəsaitlər çıxış edə bilər.

          Banklararası müqavilələrin çox hissəsi müddətli formada, yerdə qalan hissəsi isə müddətsiz formada bağlanır. İqtisadi qeyri-sabitlik şəraitində bankın gələcək maliyyə vəziyyəti şübhə altında olduğundan banklararası müqavilənin müddətsiz forması BAK-nın minimum müddətini müəyyən edir və müddət bitdikdə bu kredit müddətsiz kredit kimi istənilən vaxt qabaqcadan xəbərdarlıq edilməklə borcalan bankdan geri tələb oluna bilər. Əgər borcalan bank onu qaytarmaq imkanına malik deyilsə o dərhal başqa banklara müddətli depozit üçün müraciət edir.

          Müddətsiz müqavilədə faiz dərəcəsi onun bütün fəaliyyət müddətində dəyişməz qalır. Müddətli müqaviləyə əsasən isə faiz dərəcəsinə onun bazarda cari vəziyyətlə bağlı səviyyəsinə görə yenidən baxılır. 

Ən sərfəli krediti almaq üçün müraciət et