Müəllif: Gülnar Əhmədli, Banco.az
"AzKredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 883 min 707 manat xalis mənfəətlə başa vurub.
Banco.az qurumun maliyyə hesabatına istinadən bildirir ki, bu göstərici 2024-cü illə müqayisədə 23% və ya 263,9 min manat azdır.
Ötən il təşkilatın aktivləri 3 milyon 222 min manat təşkil edib. Bu isə illik müqayisədə 0,8% artım deməkdir. Aktivlərin 2,851 milyon manatı müştərilərə verilmiş kreditlərin payına düşür.
Hesabat dövründə "AzKredit"in öhdəlikləri 25% artaraq 1,036 milyon manata çatıb, balans kapitalı isə 7,7% azalaraq 2,186 milyon manat olub.
Qeyd edək ki, bank olmayan kredit Şirkəti "AzKredit" ASC 1 noyabr 2019-cu ildə MMC kimi təsis edilib. Şirkət 4 sentyabr 2020-ci il tarixindən etibarən ASC kimi fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
