İşgüzar danışıqlarda uğur qazanmaq yolları | Banco.az

İşgüzar danışıqlarda uğur qazanmaq yolları

Yaşadığımız zamanda işgüzar əlaqələrin vacibliyi danılmazdır. Bəs onları necə qura və möhkəmlədə bilərik?

İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, rəis və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur.

İlk öncə ğz işgüzar sahənizdən olan sanballı peşəkarların simpatiyasını qazanmaq və həmin insanları kontakta girmək lazımdır.

Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur.

Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzu olunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu əlaqələr bəzən çox bir-başa, dikbaş, kobud və bezikdirici şəkildə alınır. Belə cəhdlər təcrübəli biznesmenlərdə gülüş və kinayədən başqa heç nə oyatmır. Buna görə də hətta biznesmenlər mühitindən çıxmış ağıllı və hazırlıqlı insanlar belə, onları maraqlandıran şəxslərlə tərəfdaşlıq münasibətlərinin düzgün qurulması üçün müəyyən alqoritmlərə ehtiyac duyurlar. Bu bir növ özünəməxsus dostluq və yoldaşlığın təməlidir, daha sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək olar.

Sizi maraqlandıran şəxslə savadlı şəkildə tərəfdaşlıq münasibətləri qurmaq üçün atılması tələb olunan konkret addımlar mövcuddur.

  1. Öz arsenalınızdan əməkdaşlıq ilə bağlı bir-başa təklifləri xaric edin

Əgər siz həmin insanla dostluq münasibətləri və ya hər hansı bir ünsiyyət xətti qurmamısınızsa, onda heç zaman “öküzü buynuzundan tutmaq” tövsiyə olunmur. Bu ən geniş yayılmış və uşaqcasına yol verilən səhvlərdəndir. Özünə hörmət edən professional, həm də kifayət qədər tanınıbsa, ona yaxşı məlum olmayan bir şəxsin birbaşa etdiyi təklifi qəbul etməz. Bu onun biznesi üçün təhlükəlidir, həm də bir axmaqlıqdır. Ona görə də açıq-aşkar hücumlardan çəkinin, onlar çox vaxt nəticəsiz qalır.

  1. Professional ilə tədricən münasibət qurmaq üçün yaxşı düşünülmüş strategiya hazırlayın.

Ona uzaqdan yaxınlaşmağa çalışın. Siz onun  üçün real olmalısınız. Sizin mövcudluğunuz faktı onun marağına və təəccübünə səbəb olmalıdır. Sizi maraqlandıran şəxsin tez-tez nəzərləri önünə düşərək siz tədricən onun üçün tanış bir şəxsə çevriləcəksiniz. Məsələn, əgər dediyimiz professional internet-biznesmenidirsə, onda diqqətinizi bu bir neçə üsula yönəldə bilərsiniz, bunlar sizə dostluq münasibəti qurmağa kömək etməlidir.

  • Sizi maraqlandıran peşəkar tərəfindən idarəolunan bloqlarda aktiv kommentləşmək (şərh yazmaq). Şərhləri mahiyyət ilə bağlı yazmalı, neqativ çalarlardan yayınmalı, amma konstruktiv tənqidə də yer verməlisiniz.
  •  Peşəkarın məhsullarından birini almaq olar. Həmin məhsulu öyrənib, daha sonra onun haqqında müsbət rəy yazmaq olar. Yumşaqca və əsaslandırılmış şəkildə təqdim olunan materialı nə ilə tamamlamağın mümkün olduğunu qeyd edin. Hər bir iş adamı işgüzar məsləhətləri dinləməyə hazırdır və sözsüz ki, zəkalı insanlar daha yaxşı yadda qalırlar. 
  • Müştəri olduqdan sonra, hər hansı bir konsultasiya, məsləhət və ya izahat almaq üçün müəlliflə əlaqəyə girmək çətin deyil. Şifahi söhbətin və ya yazılı danışığın (yazışmanın) planını öncədən hazırlamaq məsləhətdir. Hətta konsultasiyalar ödənişli olsa belə pulunuza heyfiniz gəlməsin, çünki nəticədə siz onunla gerçək dostluq münasibətlərinin inkişafına böyük bir addım atmış olacaqsınız.
  • Artıq əmin olandakı dostluq münasibətləri formalaşıb, özünəməxsus dostluq ünsiyyət kanalı salınıb, onda işgüzar təklif üçün situasiyanın yetişdiyinə qərar vermək olar. Əgər professionalın sizə qarşı müsbət münasibəti yaranıbsa, onun öz qarşısında hansı məqsədləri qoyduğunu və hazırda nə üzərində işlədiyini müəyyən edə bilərsiniz.

3. Əməkdaşlıq barədə təklif üçün ən uyğun məqamın spesifikası

Ən sərfəli kredit üçün müraciət et

Siz bunları yadda saxlamalısınız:

  • Sizin təklifiniz hal-hazırkı məqamda tərəfdaşlarınızın maraqları və hədəfləri sferasına düşməlidir.
  • Təklif qısa şəkildə formalaşdırılmalı və başlıca tərəfdaşınız hansı faydalı tərəfləri olduğunu aşkar göstərməlidir, sübut etməlidir ki, bu tərəfdaşlıq heç bir şübhəsiz ki, ilk növbədə onlar üçün faydalı olacaq, ilk növbədə ona, daha sonra isə sizə. Öz məhsulunuz, öz saytınız və hətta şəxsi yanaşmanızla belə siz həmin tərəfdaşa uyğun gəlməlisiniz. Əgər o şübhələnsə ki, siz peşəkar deyilsiniz və onun vasitəsi ilə hər hansı bir cəfəngiyatı irəlilətmək istəyirsiniz, o, öz reputasiyasını sizin keyfiyyətiniz, xidmətiniz və ya məhsulunuz ilə korlamaq istəməyəcək.
  • Sizin tərəfinizdən irəli sürülən təklif həmin peşəkarın çalışdığı biznes sahəsinə və ya seqmentinə uyğun gəlməlidir. Heç bir izahsız aydın olmalıdır ki, sizin təklif onun işlədiyi hədəf auditoriyasına da maraqlı olacaq.
  • Eyni zamanda sizin təklifiniz peşəkarın məhsuluna və ya xidmətinə heç bir rəqabət yaratmalı deyil. O, harmonik şəkildə sizin peşəkarın öz biznes sahəsində etdiklərini tamamlamalıdır.

Vacib qeyd.

Uğurlu tərəfdaşlığa real şans yalnız o, zaman ola bilər ki, siz həmin şəxslə həqiqətən, səmimi şəkildə hər iki tərəf üçün faydalı əməkdaşlıq münasibətləri qurmaq istəyirsiniz. Bu zaman həmin şəxsi öz tamahkar məqsədlərinizdə istifadə etmək olmaz. Belə niyyətləri potensial partnyor elə uzaqdan duyur. İstənilən saxta münasibət və manipulyasiya hiylələri nəzərə çarpır. Əgər peşəkar insan bunu hiss etsə, onunla tərəfdaşlıq qurmaq imkanını həmişəlik itirəcəksiniz. Heç bir ədəbsizlik, nəzakətsizlik və xüsusən də sırtıqlıq olmalı deyil. Münasibətləri idarə etmək və yeni əlaqələr yaratmaq məharətinə sahib olmaq lazımdır. Axı bu insan fəaliyyətinin istənilən sahəsində uğur qazanmağın başlıca şərtidir