Müəllif:Mehin Qasımova,Banco.az
İrandakı müharibənin səbəb olduğu neft qiymətlərinin artımını məhdudlaşdırmaq üçün bazara milyonlarla barel neft çıxaran ABŞ-ın strateji neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ölkənin strateji neft ehtiyatları təxminən 340,3 milyon barelə düşüb.
Nəticədə, ehtiyat səviyyələri 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv dövlətləri mart ayında İrandakı müharibədən sonra neft qiymətlərinin sürətlə artmasından sonra tarixdə ən böyük strateji neft ehtiyatlarının buraxılışını həyata keçirmək barədə razılığa gəliblər.
Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol Hörmüz boğazının faktiki bağlanması nəticəsində yaranan tədarük itkisini kompensasiya etmək üçün bazara ümumilikdə 400 milyon barel neft çıxarılacağını açıqlayıb.
Bu kontekstdə ABŞ Energetika Nazirliyi də strateji neft ehtiyatından 172 milyon barel neftin bazara çıxarılacağını açıqladı. Bildirildi ki, bu məbləğ təxminən 120 gün ərzində bazara çıxarılacaq.
