“APA-Economics” informasiya agentliyi tərəfindən təqdim olunmuş və 2014-cü ilin birinci rübünə olan fəaliyyətinin yekunları üzrə ölkə banklarının maliyyə göstəricilərinə əsaslanaraq, VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası üzrə Azərbaycan bankları arasında ikinci yerdədir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir. Qeyd edək ki, 2013-cü ilin birinci rübü ilə müqayisədə, Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 110,7%-ə (205,371 mln. manata çatıb), kredit portfelinin həcmi üzrə isə 127,3%-ə (194,377 mln. manata çatıb) yüksəlmişdir.
Bundan əlavə vurğulayaq ki, “APA-Economics” agentliyinin versiyasına görə, Bank VTB (Azərbaycan) istehlak kreditlərinin artım dinamikası üzrə Azərbaycan banklarının siyahısında üçüncü yeri və kredit portfelində avtokreditlərin illik dinamikasında ikinci yeri tutur. Onu da nəzərinizə çatdıraq ki, müştərilərinin sayına görə VTB (Azərbaycan) habelə ölkə banklarının ümumi siyahısında 17-ci, kredit portfelinin həcminə görə 19-cu, bazardakı istehlak kreditlərinin payına görə isə 8-ci yerdədir.