“PAŞA Həyat Sığorta” şirkəti “Daxili Audit və Daxili Nəzarət” mövzusunda tələbələr üçün ödənişsiz növbəti təlimini (19-20 iyun) başa çatdırıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, 30-dək tələbənin qatıldığı təlimdə tələbələrə daxili auditə aid mövcud qanunvericilik bazası, daxili nəzarət sahəsində beynəlxalq təcrübə, daxili nəzarıt sisteminin iştirakçıları, həmçinin daxili nəzarət sisteminin təkmilləşdirilməsinin vacbliyi, daxili auditin fəaliyyət dairəsi, əsas prinsipləri və bu sahədə mövcud olan standartlar haqqında ətraflı məlumatlar verilib. Təlimin sonunda tələbələrlə xatirə şəkli çəkilib onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.
Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.
Həyata keçirilən bu cür layihələrin digər məqsədlərdən biri də ölkədə sığorta sektorunun inkişafına dəstək vermək üçün əhali arasında sığorta xidmətləri və sığorta məhsulları haqqında marifləndirmə işlərini daha gücləndirmək, həmçinin sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin sürətləndirilməsinə təkan verməkdən ibarətdir.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz ustad dərsləri (Master Klasslar) təşkil edir.