Bank Standard “Plastik Kartlar Şöbəsinin Aparıcı Mütəxəssisi” vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalından banka istinadən verilən məlumata görə, namizədlər 22-32 yaş aralığında və ali təhsilli olmalıdırlar. Vakansiya Bakı şəhəri üçün nəzərdə tutulub. Bundan əlavə, seçim zamanı iqtisadiyyat və ya marketinq üzrə təhsil almış şəxslərə üstünlük veriləcəyi bildirilib. Bank sektorunda, xüsusilə plastik kartlar, biznes prosesləri, məhsulların hazırlanması və marketinq üzrə minimum 1 il iş təcrübəsinə malik namizədlərin vakansiya üçün müraciət etmələri tövsiyyə olunur.
Namizədə verilən tələblər:
- ali maliyyə-iqtisadi və marketinq təhsili;
- kart məhsulları bazarı haqqında biliklər;
- biznes proseslərin hazırlanması və təkmilləşdirilməsi, normativ sənədlərin hazırlanması;
- peşəkar ədəbiyyatı anlaya bilmək səviyyəsində ingilis dili biliyi;
- kreativlik, ünsiyyətcil olmaq, təşkilatçılıq bacarığı;
İşin təsnifatı:
- kart məhsulları və xidmətlərinin hazırlanması və inkişaf etdirilməsi;
- layihə işlərinin təşkili, kart portfelinin idarə olunması;
Vakansiya ilə maraqlanan və müraciət etmək istəyən şəxslər öz CV formalarını [email protected] və ya [email protected] ünvanlarına göndərə bilərlər. Məktubun mövzu bölməsində vakansiyanın adı mütləq qeyd olunmalıdır.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs