EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb | Banco.az

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 550 min barel olacağı proqnozlaşdırılır. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Bu, qurumun əvvəlki proqnozu ilə eynidir. Hesabata əsasən, 2027-ci ildə ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 520 min barel (əvvəli proqnozla eyni) olacaq. 

Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 570 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram