BOLKARTLA PARKCİNEMA-ya BİLET ALANA, POPKORN VƏ COLA HƏDİYYƏ! | Banco.az

BOLKARTLA PARKCİNEMA-ya BİLET ALANA, POPKORN VƏ COLA HƏDİYYƏ!

“Bank of Baku” kino həvəskarlarına yeni il sürprizini təqdim edir. Bu gündən etibarən Park Cinema kinoteatrlarında (Park Bulvar, Metro Park) Bolkart-la bilet alan hər kəsə popkorn və Coca-Cola hədiyyə olaraq veriləcək.

Kampaniya 6 yanvar 2014-cü il tarixinə kimi davam edir. Bu tarixə qədər Bolkart sahibləri istənilən gün və istənilən kinosensa bilet ala bilərlər.

Heç bir nağd ödəniş etmədən kart sahibləri şəhərimizin yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema-da məşhur filmlərə baxa bilərlər. Alınmış biletlərin dəyərini isə 1 və ya 3 aya ödəmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün180.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard isə sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir. 

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Daha ətraflı:www.facebook.com/bolkart və ya www.facebook.com/parkcinema