ALBALIdan HƏFTƏSONU GÖZƏL HƏDİYYƏ | Banco.az

ALBALIdan HƏFTƏSONU GÖZƏL HƏDİYYƏ

Unibank  yeni il öncəsi bütün  ALBALI kart sahibləri üçün  xüsusi “ ALBALIlı həftəsonları” kampaniyasına başlayır. Dekabrın sonunadək  hər şənbə-bazar günləri partnyor mağazalardan  3 və yuxarı taksitli əməliyyatlara, Unibankdan əlavə 1  taksit də hədiyyə ediləcək. Yeni il alış-verişinizi ALBALI ilə edin ki, bu xoş fürsətlərdən yararlana biləsiniz.

İlin sonunaək  hər bir ALBALI kart sahibinin etdiyi alış-verişin müqabilində Yeni il hədiyyəsi qazanmaq şansı da var. ALBALI ilə edilən hər 10 AZN-lik alış-veriş sahibinə pul mükafatları qazandıra bilər. Daha çox alış-veriş daha  çox şans deməkdir.

Unibank-ın “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində oktyabrın 24-dən  dekabrın 31-dək ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəsin qazanmaq şansı var. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri ALBALI ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall ALBALI kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır. Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu  10 min AZN olan lotereyanın 35 qalibi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Unibank Albalı istifadəçiləri üçün Facebook üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə ALBALI istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər. http://goo.gl/tYSd87

“Albalı” kartı ilə baglı bütün məlumatları  www.albali.az internet saytından,

Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117

nömrəsindən öyrənmək mümkündür.

Qoşul! Fərqlən! Faydalan!

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı