İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2025-ci ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1% artıb.