TuranBank ASC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək | Banco.az

TuranBank ASC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək

 İyulun 24-də TuranBank ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.
 
Məlumat üçün bildirək ki, yığıncaq Bakı şəhəri, İ.Qutqaşınli küç.,85 ünvanında yerləşən Bankın baş ofisində keçiriləcək. Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim etməsi xahiş olunur.
Qeyd edək ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın aşağıda qeyd edilən ünvanda yerləşən baş ofisi ilə əlaqə saxlayaraq tanış ola bilərlər:
 
Ünvan: Bankın Baş Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85.
Tel: (012) 510-79-11, 510-79-22;
İndeks: AZ 1073;
 
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
 
TuranBank  ASC-nin
səhmdarlarının nəzərinə
 
TuranBank  Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 24 iyul 2025-ci il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcək.
Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur.
 
Ünvan: Bankın Baş Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85.
Tel: (012) 510-79-11, 510-79-22;
İndeks: AZ 1073;
Qeyd: İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilmişdir. Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə edə bilərsiniz.