Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında Azərbaycana 11 milyon 845 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 659 min dollar və ya 16.3% artıb.
2024-cü ilin yanvar ayında ölkəyə 10 milyon 186 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ötən ay bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,58% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!